Gürcüstanda hamilə qadında koronavirus aşkarlandı

Gürcüstanda hamilə qadında koronavirus aşkarlandı

Gürcüstanda hamilənin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, 22 həftəlik hamilə qadın Bolnisidən Tbilisiyə çatdırılıb.

Onun virusa yoluxmasını sürətli test aşkar edib. Hazırda qadının vəziyyəti qənaətbəxşdir. Onda yüksək hərarət qeydə alınıb.

Qadından analiz nümunələri götürülüb və Luqar laboratoriyasına göndərilib.

Mənbə: report.az