Şəkidə 11 yaşlı qızı sahibsiz it dişləyib

Şəkidə 11 yaşlı qızı sahibsiz it dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Sunay Tural qızı Sərinli it dişləməsi xəsarəti ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 11 yaşlı Sunay Sərinliyə yaşadığı kəndin ərazisində sahibsiz itin hücum etdiyi, sol aşağı ətrafın bud nahiyəsindən dişləyərək ona xəsarət yetirdiyi məlum olub.

Sunay Sərinliyə lazımı tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Ordusu İraqın şimalında daha iki şəhid verdi YARALILAR DA VAR

SONRAKI XƏBƏR

İranda ötən sutka 157 nəfər ölüb