Gəncə şəhəri ərazisindəki oyun zallarının birindən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 1-də Gəncə şəhəri ərazisindəki oyun zallarının birindən 3 ədəd televizor və eyni sayda oyun aparatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Mahmudov və əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıblar.
Mənbə: sia.az