Koronavirus karantinini pozan adamı TİMSAH YEDİ

Ruandanın Kamoni şəhərində koronavirusla bağlı karantini pozaraq balıq tutmağa yollanan kişini timsah yeyib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "New York Post" yazır.

Bələdiyyə Başçısı Elis Kaitesinin sözlərinə əsasən, hadisə dünən, Nyabarongo çayında baş verib.

Qeyd olunur ki, Ruandada 40-a yaxın nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Ölənlər yoxdur, lakin bu, bölgədəki ən yüksək göstəricidir. Ölkədə ciddi krantin rejimi tətbiq olunur.

Son məlumatlara görə, dünyada 472 700-dən çox adam koronavirusa yoluxub, 21 300 nəfər bu xəstəlikdən ölüb, 114 900 nəfər isə sağalıb.

Natəvan Baxşiyeva

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus xəstəsi danışdı: Sanki su altındasınız, nəfəsiniz daralır

SONRAKI XƏBƏR

Sergey Karyakin: “Tale göstərdi ki, Teymur FIDE-dən çox uzaqgörən imiş”