Gürcüstanda hamilə qadının koronavirusa yoluxma səbəbi məlum oldu

"Tbilisiyə çatdırılan hamilə qadın koronavirusun təsdiqləndiyi 62 yaşlı Marneuli sakininin yaxın qohumudur".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, 62 yaşlı pasiyentin təmasda olduğu bütün şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Nazir deyib ki, hamilə qadın Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasında müalicə olunur.

Qeyd edək ki, hamilə qadınla koronavirusla bağlı aparılan ilk test yoxlaması müsbət nəticə verib. Onunla bağlı tibbi yoxlamalar davam etdirilir.


Sonxeber.az

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Aktrisa küçəyə çıxa bilmədiyi üçün evinin pəncərəsindən…-FOTO

SONRAKI XƏBƏR

Qanunsuz istehsal edilən140 min tibbi maska MÜSADİRƏ EDİLDİ