Ermənistanda koronavirusdan bir nəfər öldü

Ermənistanda koronavirusdan bir nəfər öldü

Ermənistanda koronavirusa yoluxmuş bir nəfər ölüb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan deyib.

O, koronavirusdan ölən şəxsin 72 yaşının olduğunu bildirib.

Bununla da ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 290-a çatıb.

Mənbə: axar.az