Koronavirusa yoluxan hamilə qadın insanlara səsləndi: "Üç uşağım və evdə məni gözləyən bir həyat yoldaşım var"

Koronavirusa yoluxan hamilə qadın insanlara səsləndi: "Üç uşağım və evdə məni gözləyən bir həyat yoldaşım var"

İngiltərədə koronavirusa yoluxan 39 yaşlı qadının evdən çıxan insanlara etdiyi müraciət dünya gündəminə çevrilib.

Moderator.az xəbər verir ki, 6 aylıq hamilə olan qadın xəstəxanada insanlara göz yaşları ilə müraciət edərək "Bu müddət ərzində evdən çıxıb özünüzün, sevdiklərinizin və heç tanımadığınız insanların həyatını riskə atmağa dəyməz" deyib.

Danışmağa çətinlik çəkən və hər cümləsində nəfəssiz qalan qadının vəziyyəti virusun təsirini gözlər önünə sərib. Gənc qadın öz həyatından çox doğulmamış körpəsinin həyatı üçün narahat olduğunu və insanlardan xəstəliyi ciddi qəbul etmələrini xahiş edib.

İnglitərənin Kent şəhərində yaşayan qadın "Üç uşağım və evdə məni gözləyən bir həyat yoldaşım var. Onları görə bilmirəm. Xəstəliyə harada yoluxduğumu bilmirəm, amma çox xəstəyəm" deyib.

Kamran

 

Mənbə: moderator.az