Erməni deputatın evi atəşə tutuldu - Gürcüstanda silahlı insident

Erməni deputatın evi atəşə tutuldu -  Gürcüstanda silahlı insident

Gürcüstanda ermənilərin də məskunlaşdığı Axalkalaki bölgəsində silahlı insident baş verib.

Martın26-da Gürcüstan parlamentinin erməni mənşəli deputatı Enzela MkoyanınAxalkalakidəki evi odlu silahla atəşə tutulub.

Moderator.azxəbər verir ki, bu barədə "news.am" saytı məlumat yayıb.

Məlumatagörə, deputatın evinə çoxsaylı insanlar toplaşıb, lakin bu barədə heçkim danışmaq istəmir, hadisə yerinə təcili yardım maşınları da gəlməyib.

Bildirilirki, atəş E. Mkoyanın evinin yaxınlığındakı kafelərdən birindən açılıb. Kafeninisə Gürcüstan parlamentinin sabiq deputatı Samvel Petrosyana məxsus olduğudeyilir.

Hələlikhadisə barədə rəsmi məlumat verilməyib.

Taleh

Mənbə: moderator.az