Azərbaycanda daha bir qadın əri tərəfindən bıçaqlandı

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərinin Nizami Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mehtiyeva Aytəkin Vaqif qızı 1990-cu il təvəllüdlü həyat yoldaşı Hümbətov Musa Aydın oğlu tərəfindən bıçaqlanıb.

O, dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.Cinayəti törədən Hümbətov Musa saxlanılıb.

Qeyd edək ki, bu gün Bərdədə Zamanov İsmət adlı şəxs həyat yoldaşı Zamanova Zülfiyyəni qətlə yetirib.

Ölkə.Az

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Qazaxıstanda koronavirusdan ilk ölüm qeydə alındı

SONRAKI XƏBƏR

Koronavirusa yoluxan hamilə qadın insanlara səsləndi: "Üç uşağım və evdə məni gözləyən bir həyat yoldaşım var"