Daha bir yeniyetmə koronavirusdan öldü

Daha bir yeniyetmə koronavirusdan öldü

Fransada koronavirusdan daha bir ölüm faktı qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə 16 yaşlı yeniyetmə virusun qurbanı olub. Bu fakt Fransada koronavirusdan ən gənc ölüm olaraq qeydə alınıb.
16 yaşlı yeniyetmənin koronavirus səbəbindən dünyasını dəyişməsi bir daha gənclərin bu virusdan ölmədikləri fikrini təkzib edib.

Qeyd edək ki, ölkədə son 24 saat ərzində 265 nəfər koronavirusdan ölüb. Ölümcül virusa yoluxanların ümumi sayı 29 155 nəfər, ölənlərin sayı isə 1 696 nəfər olaraq açıqlanıb.

Mənbə: www.unikal.org