Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

ABŞ-ın Missisoqe şəhərində (Ontario ştatı) lentə alınan kadrlar bir çox insanı dəhşətli dərəcədə qorxudub.

“New York Post” xəbər verir ki, kadrlarda yerli çayda qırmızı suların axmasını görmək olar.

Bu mənzərə ilə qarşılaşan insanlar dünyanın sonunun yaxın olduğunu düşünüblər.

Lakin bir müddət sonra bu hadisənin fövqəltəbii bir şey olmadığı müəyyən edilib.

Məlumata əsasən, yaxınlıqda yerləşən fabrikdə baş verən qəza nəticəsində təxminən 400 litr mürəkkəb çaya tökülüb.

Ekoloqlar artıq suyun təmizlənməsi ilə məşğul olurlar.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Sanitariya-epidemioloji salamatlığın qorunmasıyla əlaqədar məhdudlaşdırıcı tədbirlər deputatlara şamil edilməyəcək

SONRAKI XƏBƏR

ABŞ İrana yeni sanksiyalar elan edir