Türkiyə İraqın şimalında əməliyyat keçirdi – 8 terrorçu məhv edildi

Türkiyə İraqın şimalında əməliyyat keçirdi – 8 terrorçu məhv edildi

Türkiyə Hərbi-Hava Qüvvələri (HHQ) Şimali İraqda PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Cebhe.info xəbər verir ki, İraqın şimalında yerləşən Metina bölgəsində keçirilən hava əməliyyatı nəticəsində 8 terrorçu zərərsizləşdirilib.

Əməliyyat zamanı terrorçulara məxsus silah anbarları və sığınacaqlar da məhv edilib.

Verilən məlumata görə, əməliyyatlar davam etdirilir.

Tünzalə Rüstəm
Cebhe.info

 

 

Mənbə: cebhe.info