14 yaşlı uşağın meyiti evində TAPILDI

14 yaşlı uşağın meyiti evində TAPILDI

Türkiyənin Diyarbakır şəhərinin Çınar rayonunun Başalan kəndindəki evində 14 yaşlı qızın meyiti tapılıb.

Hadisə Türkiyənin Diyarbakır şəhərinin Çınarın Başaran kəndində baş verib.

SONXEBER.AZ xəbər verir ki, dünən günorta saatlarında Semanur Ayla adlı 14 yaşlı qız evdə hərəkətsiz vəziyyətdə tapılıb. Qızın yaxınları təcili yardım və jandarma qruplarına məlumat verdikdən sonra hadisə yerinə gəliblər.

Daha sonra Bismil Dövlət Xəstəxanasına aparılan uşaq burada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Semanur Aylanın cansız bədəni yarılmaq üçün Diyarbakır Ədli Tibb İnstitutuna göndərilib.

Təhlükəsizlik qüvvələri hadisəni geniş araşdırmağa başlayıb.

F. Ağayeva


Sonxeber.az

Mənbə: sonxeber.az