İndoneziyadakı Merapi vulkanı püskürdü

İndoneziyadakı Merapi vulkanı püskürdü

İndoneziyanın Java adasındakı Merapi vulkan dağında 3 vulkan püskürməsi baş verib.

SONXEBER.AZ xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Yogyakarta şəhərində Merapi vulkan dağında ən son vulkan püskürmə yerli vaxtla səhər 05.21-də baş verib və 180 saniyə davam edib.

Bölgə rəsmiləri bildiriblər ki, vulkan püskürməsi dağın kraterindən 2 min metr yüksəkliyə qədər qalxıb.
Qeyd edək ki, 2010-cu ildə Yava adasında Merapi vulkanında püskürmə nəticəsində 2968 metr yüksəkliyində olan lava 347 nəfərin həyatını itirməsinə səbəb olmuşdu
 

Mənbə: sonxeber.az