"Boko Haram"a qarşı əməliyyat; azı 100 terrorçu zərərsizləşdirildi

"Boko Haram"a qarşı əməliyyat; azı 100 terrorçu zərərsizləşdirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyanın Borno bölgəsində "Boko Haram" terror təşkilatına qarşı əməliyyat keçirilib.

Bu barədə Hərbi Təlim və Əməliyyat rəhbəri Okon Udoh açıqlama verib.
O, əməliyyat nəticəsində azı 100 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Udoh təşkilatın 4 gün əvvəlki hücumunda 29 əsgərin həyatını itirdiyini. 61 əsgərin də yaralandığını qeyd edib.

Mənbə: eastnews.org