Bu ölkədən 11 ton antiseptik maddə ÇIXARMAQ İSTƏDİLƏR

Bu ölkədən 11 ton antiseptik maddə ÇIXARMAQ İSTƏDİLƏR

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçiləri ölkədən Qazaxıstana külli miqdarda antiseptik maddələrin ixracına cəhdin qarşısını alıblar.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb,

Daşınan 11 tona yaxın dezinfeksiyaedici maddələr 500 və 5000 mililitrlik polimer qablarda olub.

FTX-dən bildirilib ki, Rusiya hökumətinin fərmanına əsasən, beynəlxalq humanitar yardım halları istisna olmaqla, dezinfeksiyaedici, antivirus və digər oxşar vasitələrin ixracı qadağandır.

Bütün məhsullar yoxlama üçün Troitsk Gömrük Postuna təhvil verilib.

Mənbə: big.az