Vilayətdə koronavirusa yoluxan ilk şəxs idi, öldü

Vilayətdə koronavirusa yoluxan ilk şəxs idi, öldü

Rusiyanın Orenburq vilayətində 57 yaşlı kişi koronavirusdan ölüb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Buzuluk şəhər sakini olan həmin şəxsin xroniki xəstəliyi olduğu və vilayətdə epidemiyaya yoluxan ilk şəxs kimi qeydə alındığı bildirilir.

Bununla da Rusiyada COVİD-19-dan ölənlərin sayı 5-ə çatıb. Bundan öncəki 4 ölüm Moskvada baş verib.

Qeyd olunur ki, o, Avropa ölkələrinə səyahət edib və şəxsi avtomobili ilə Samara yolu ilə şəhərə qayıdıb. Bir neçə gün sonra özünü pis hiss edərək həkimə müraciət edib. Müayinə nəticəsində ona koronavirus diaqnozu qoyulub. Onunla birlikdə ailəsinin 6 üzvü də karantinə alınıb.

Bu məqamda bildirək ki, Rusiyada koronavirusa yoluxanların sayı mini keçib.

Mənbə: qafqazinfo.az