Sosial şəbəkədə profil açan qadını keçmiş əri güllələdi - FOTO

Sosial şəbəkədə profil açan qadını keçmiş əri güllələdi - FOTO

Rizədə kişi sosial şəbəkədə özünə səhifə açan keçmiş həyat yoldaşını küçənin ortasında güllələyib.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, mağazadan çıxan Haticə.K küçənin ortasında keçmiş həyat yoldaşı Əli Rıza tərəfindən güllələnib.

Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb.

Haticə.K dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən qaçmağa çalışan Ali Rza polislər tərəfindən saxlanılıb.

O, ifadəsində keçmiş həyat yoldaşını sosial şəbəkədən istifadə etməyə başladığı üçün güllələdiyini bildirib.

Aysel Yusifqızı

Mənbə: sonxeber.az