Bakıda oteldən samovar oğurlandı

Bakıda oteldən samovar oğurlandı

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki otellərin birindən 2000 manat dəyərində 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Qasımlı və Bakı şəhər sakini E.Nuruyev saxlanılıblar.

 

Mənbə: redaktor.az