Nyu-Yorkda həkimin paylaşdığı görüntülərdə xəstəxanaların koronavirusa qarşı yetərli olmadığı ortaya çıxıb.
Sonxebr.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Nyu-York şəhərindəki bir xəstəxanada işləyən həkim, şəhərdəki vəziyyətin koronavirusa qarşı yetərsiz olduğunu göstərən şəkillər və video paylaşıb. Həkimin paylaşımında xəstəxananın tutumunun yetərli olmadığı, tibbi ləvazimatların və cihazların çatışmazlığının olduğu görünür.
100 mindən çox insanın koronavirusa tutulduğu ABŞ virusun mənşəyi olan Çini keçib və koronavirusun dəhşətli görüntüləri Nyu-Yorkda meydana çıxıb. Şəhərdəki bir xəstəxananın təcili yardım otağı iddia edilən görüntülərdə, onlarla virusa yoluxmuş şəxslərin olduğu təcili yardım otağı var. Videonu hazırlayan həkimin çıxışında tibbi ləvazimat çatışmazlığı, xəstəxananın gücünün bu virusla vmübarizədə yetərsiz qaldığını bildirib.
Həmin görüntüləri təqdim edirik.
Mənbə: sonxeber.az