Azərbaycanda ŞOK olay - Keçmiş məhkum klubun ofisinə girdi

Azərbaycanda ŞOK olay - Keçmiş məhkum klubun ofisinə girdi

"Sumqayıt” klubunun ofisində oğurluq hadisəsi başverib.

Sport7.az xəbər verir ki, naməlum şəxs ofisə daxilolub və ofisdən iki ədəd noutbuk oğurlayıb. Həmin bilgisayarlar "Sumqayıt”Futbol Akademiyasının rəhbəri Hakan Sünal və menecer Fərhad Həsənova məxsusolub.

Polislər stadionda olan nəzarət kameralarınınyaddaşına baxış keçirən zaman oğurluğu törədən şəxsin görüntülərininə əsasənaxtarışlara başlayıblar. Sonrada məlum olub ki, oğru həmin noutbukları eləSumqayıtda hər birini 30 manata satıb.

"Futbol+” qəzetinə açıqlama verən klubun sözçüsü RəşadMəmmədov oğrunun yaxalandığını bildirib. Klubun prezidenti Riad Rəfiyev şəhərpolis idarəsinə çağırılıb və ona bildirilib ki, yaxın günlərdə oğurlanannoutbuklar kluba geri qaytarılacaq.

Təxminən 30-35 yaşı olan oğrunun keçmiş məhkumolduğu haqda məlumatlar var.

Mənbə: sport7.az