Gürcüstanda kişi körpəsini öldürdü, həyat yoldaşını yaraladı

Gürcüstanda kişi körpəsini öldürdü, həyat yoldaşını yaraladı

Gürcüstanın Qurcaani bələdiyyəsinin Vecini kəndində dəhşətli qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, ata üç aylıq körpəsini bıçaqla öldürüb.

Kişi həyat yoldaşını da qətlə yetirməyə cəhd edib. Qadın müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.

Cinayətin motivi hələ bilinmir.

Faktla bağlı istintaqa başlanılıb.

Mənbə: report.az