Sakinlər üç gündür susuz qalıb

Sakinlər üç gündür susuz qalıb

Abşeron rayonu Məhəmmədi kəndində üç gündür içməli su verilmir.

Bizimyol.info xəbər verir ki, Məhəmmədi kəndinin "Binalar kompleksi" adlanan ərazidə yaşayan sakin sosial media hesabından üç gündür susuz qaldıqlarını deyərək videogörüntü yayımlayıb. Sakin bildirir ki, Azərsu ASC və Bağlar Sukanal idarəsinə zəng edib, bildiriblər ki, JEK-ə müraciət etsin.

Lakin JEK problemi həll etmir və üç gündür üç mindən çox sakin susuz qalıb: "Evdə uşaqlar əl-üzünü yumağa su tapmır. Pandemiya elan olunduğu, evdə qal deyildiyi bir vaxtda biz üç gündür bir içim su tapmırıq".

Mənbə: www.bizimyol.info