İranın Ramsər şəhəri tamamilə karantinə alınıb

İranın Ramsər şəhəri tamamilə karantinə alınıb

GünazTV: İranın Mazandaran əyalətinin Ramsər şəhəri tamamilə karantinə alınıb.

Bu barədə, Ramsər şəhərinin fərmandarı Məhəmməd Azad martın 27-də jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, şəhərin karantinə alınması hələlik aprelin 3-də qədər davam edəcək: “Karantin müddətinin uzadılması barədə qərarın verilməsi isə sonrakı durumdan asılıdır. Hazırda şəhərin girəcəyi həm Gilan, həm də Tonekabon istiqamətindən nəzarətə götürülüb və yoxlamalar aparılır, Ramsər markalı avtomobillərdən başqa digər avtomobillərin şəhərə girişinin qarşısı alınır.

Hesab edirik ki, vətəndaşlar koronavirusun yayılmasının qarşısının alınması üçün qoyulan qadağa və məhdudiyyətlərə riayət etməlidirlər. Məhz buna görə də, şəhərin girəcəyində yerli olmayan avtomobillər müşahidə edildikdə, onların sahibləri 500 min tümən məbləğində cərimə ediləcək, avtomobilləri isə bir ay müddətinə saxlanılacaq” -deyə, Ramsər şəhərinin fərmandarı Məhəmməd Azad əlavə edib.

 

A.M

Mənbə: www.gunaz.tv