İran rejiminin Şərqi Azərbaycan və Kürdistan Əyalətindəki həbsxanalarda baş verən üsyanlara fərqli münasibəti... - VİDEO

GünAz TV: Məhbusların Şərqi Azərbaycanın Təbriz və Kürdistan Əyalətinin Saqqız şəhərində üsyana qalxması rejimin iki bölgəyə olan fərqli münasibətini bir daha sübut etdi.

Xəbər verdiyimiz kimi, koronavirus infeksiyasının həbsxanalarda yayılması martın 26-da Təbrizin Mərkəzi Zindanında məhbusların üsyanına səbəb olmuşdur. Məhbuslar öz yataqlarını yandırmaq, iki əsgərin silahını əlindən almaq və bir neçə həbsxana məsulunu girov götürməklə üsyana başladılar. Qısa müddət sonra həbsxanaya gələn xüsusi təyinatlı qüvvələr məhbuslara tərəf atəş açaraq üsyanı yatızdırdı. Qeyri-rəsmi mənbələr hadisə zamanı ölən və yaralıların olduğu barədə məlumat yaymışdır.

Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi üsyanın videosu yayılmasına və bəzi rəsmi xəbər agentliklərinin təsdiq etməsinə baxmayaraq bu barədə yayılan xəbərləri təkzib etmişdir.

Bundan bir gün sonra Kürdistan Əyalətinin Saqqız şəhərinin həbsxanasında oxşar hadisə baş verdi. Kiçik şəhərdə baş verən üsyana fərqli münasibət göstərildi. Hətta 80 nəfərdən çox məhbus heç bir problem olmadan həbsxanadan qaça bildi. Saqqız həbsxanasında baş verən üsyanda təhlükəsizlik qüvvələri Təbrizdə olduğu kimi, məhbuslara tərəf atəş açmayıb

Şübhəsiz ki, rejimin bu münasibəti ikili standartların bariz nümunəsidir. Sosial şəbəkə istifadəçiləri İran dövlətinin bu hərəkətini türk və kürd millətlərinə münasibətdə ayrı-seçkilik kimi qiymətləndirir.

 

Gunaz.tv

ƏVVƏLKİ XƏBƏR

Koronavirusun Azərbaycana “gəlişinin” bir ayı tamam oldu

SONRAKI XƏBƏR

İranda yanacaq doldurma məntəqələrinin 70%-i bağlana bilər