Türkiyədə 15 polis koronavirusa yoluxdu

Türkiyədə 15 polis koronavirusa yoluxdu

Türkiydə 15 polis koronavirusa yoluxub. Türkiyə mətbuatının yazdığına görə arasında 2 polis rəisi olmaqla 15 polisdə koronavirus aşkar edilib.

Demokratikmusavat.com musavat.com-a istinadən bildirir ki, virus aşkarlanan polislərin 10-nun İstanbulda, digərlərinin isə Sakarya, İzmir, Samsun və Rizedə xidmət etdiyi məlum olub.

Beləliklə də ölkədə təhlükəsizliyi təmin etmək üçün 24 saat çalışan polis təşkilatı da koronavirusun hədəfi olub.

Qeyd edək ki, bu günə qədər Türkiyədə 5 698 nəfər koronavirusa yoluxub ki, onların da 92 nəfəri dünyasını dəyişib. Türkiyə hakimiyyəti koronavirus pandemiyası səbəbindən ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını istisna etmir.

 

Mənbə: demokratikmusavat.com