Nyu-York küçələrində meyit soyuducuları quraşdırılıb FOTOLAR

Nyu-York küçələrində meyit soyuducuları quraşdırılıb FOTOLAR

Nyu-York küçələrində yük avtomobillərinə qoşulmuş soyuducular görünməyə başlayıb. SİA xəbər verir ki, bu barədə New York Daily News yazır. Bu, koronavirus pandemiyasına görə ölən insanların dərhal həmin avadanlıqlara yerləşdirilməsi üçündür.

"Soyuducular COVID-19 virusundan ölənlərin nəşlərini yalnız morqlarda yer olmadığı zaman daşıyacaq. Bununla yanaşı, küçələrdə meyitlərin saxlanılması üçün çadırlar da qurulub", Amerika nəşri yazır.

Şəhər rəhbərliyinin rəsmi nümayəndəsi Ac Vorsi-Deyvisin sözlərinə görə, Nyu-Yorkda fövqəladə rejim tətbiq olunur və eyni zamanda şəhər səhiyyə sahəsində böhran yaşamaqdadır. O, qeyd edib ki, tent və yük maşınları 3,5 min civarında meyit yerləşdirə bilər.

 

Mənbə: sia.az