Ekspert yolunu göstərdi: “Koronavirusun yayılma zəncirini qırmaq olar” – NECƏ?

Ekspert yolunu göstərdi: “Koronavirusun yayılma zəncirini qırmaq olar” – NECƏ?

“Yaşlı insanlar, müəyyən xəstəliyi olan şəxslər xüsusən diqqətli olmalıdır. Özlərini ev şəraitində saxlamalıdırlar"

“Xaricdə karantin rejimini pozanlara ciddi cəzalar verilirBilirsiz niyə? Özlərinin və digərlırinin həyatlarını təhlükəyə atdıqları üçün"

"İndiki vəziyyətdə ancaq ÜST-nin, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlatına riayət etmək mütləqdir".

Bunu "Sherg.az"a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspert bildirib ki, karantin rejiminin xüsusi qaydalarına riayət etmək lazımdır:

"Vəziyyəti ciddiyə almaq gərəkir.v Cənab Prezident də xalqa çağırış edərək vəziyyəti ciddiyə almağa, vətəndaşları məsuliyyətli davranmağa çağırıb. Ehtiyac olmadığı halda evdən bayıra çıxmamaq lazımdır. Bəzi insanlar başa düşmək istəmirlər ki, dövlət bu tədbirləri bizim üçün edir. Bütün dünya koronavirusla mübarizə aparır. Hər gün mətbuatdan eşidirik ki, nə qədər adam bu virusa yoluxub, nə qədər insan həyatını itirib. Bu rəqəmlərin sayında artım olduğunu görmürlərmi?! Bəyəm görmürsüz ki, hər gün nə qədər insan həyatını itirir? Bunlar yaxınlarımız, doğmalarımız da ola bilər. Bunu görə-görə necə biganə yanaşırlar? Bir azərbaycanlı və xalqın bir nümayəndəsi olaraq hamıya çağırış edirəm. Xahiş edirəm, vəziyyəti ciddiyə alaq, çölə çıxmayaq, özümüzü sosial izolyasiya edək. Mən hər gün yerli və xarici xəbərləri izləyirəm , mütəxəssislərin, həkimlərin tövsiyyələri ancaq özünü ətrafdan tədric etmək və sosial izolyasiyadır. Yəni çölə çıxmamaqdır. Çölə çıxmamaqla virusun yayılma zəncirini qırmaq olar. Yaşlı insanlar, müəyyən xəstəliyi olan şəxslər xüsusən diqqətli olmalıdır. Özlərini ev şəraitində saxlamalıdırlar".

E.Nurəliyev vurğulayıb ki, özünü düşünməyən heç olmasa, ailəsini düşünün:

"Siz çölə çıxmaqla həm özünüzü, həm də digər insanları təhlükəyə atırsınız. Xaricdə karantin rejimini pozanlara ciddi cəzalar verilir. Fransada, Almaniyada böyük məbləğdə cərimələr tətbiq olunur. Qazaxıstanda 30 nəfərdən çox adam həbs edilib. İndoneziyada çölə çıxan şəxsləri həbs cəzası gözləyir. Hətta axşam 22:00-dan sonra çöldə işıqları söndürürlər ki, insanlar evdə qalsınlar, küçəyə çıxmasınlar. Hindistanda polislər karantin rejimini pozanları döyür. Bilirsiz niyə? Özlərinin və digərlırinin həyatlarını təhlükəyə atdıqları üçün".

Ekspert sosial şəbəkələrdə, internet portallarında yayılan şayiələrə də münasibət bildirib:

"İnsanlarda çaşqınlıq yaratmaq istəyənlərə də üzümü tutub deyirəm ki , heç olmasa vicdanınız, insafınız olsun. Belə həssas məqamda insanları çaşdıracaq şayiələr tirajlamayın. Sadəcə Operativ Qərargahın irad və tövsiyyələrinə, təlimatlarına qulaq asın. Bunu çox ciddiyə almaq lazımdır. Azərbaycanda koronavirusa yoluxanların sayı 120-ni keçib. Fürsətdən istifadə edib polislərin , həkimlərin bu çətin günlərdə göstərdikləri şücaətlərə görə hər birinə öz minnətdarlığımı bildirirəm. Onlar bizim üçün həyatlarını təhlükəyə ataraq vəzifələrini yerinə yetirirlər. Biz də özümüzü qorumaq üçün çölə çıxmayaq və evdə qalaq".

Mənbə: sherg.az