Sumqayıtda avtobuslarda dezinfeksiyaedici məhlullar yoxdur? - VİDEO

Sumqayıtda fəaliyyət göstərən 7 nömrəli avtobuslara dezinfeksiyaedici məhlullar qoyulmayıb.
Bununla bağlı Yeniavaz.com-a müraciət edən Sumqayıt sakinlərindən biri 7 nömrəli avtobusların hamısında vəziyyətin belə olduğunu iddia edib. O, avtobusda lentə aldığı kadrları da redaksiyamıza təqdim edib:

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Eyvaz Qocayev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, şəhərdə fəaliyyət göstərən avtobusların 96 faizi artıq dezinfeksiyaedici məhlullarla təmin edilib.

 

Dia.az

ƏVVƏLKİ XƏBƏR

Küçədəki əşyaları yalayan məşhur repçi SAXLANILDI — VİDEO

SONRAKI XƏBƏR

“Evdə qal” devizi altında aksiya davam etdirilir - FOTO