Urmiya ətrafında kürd kəndində nadir tapılan ayı vəhşicəsinə öldürülüb – VİDEO

GünAz TV: Urmiya şəhərinin ətraf məntəqələrində yerləşən bir kürd kəndində nəsli kəsilməkdə olan bir ayı vəhşicəsinə öldürülüb.

Məlunə kəndinin əhalisi heyvanı vəhşicəsinə öldürdükdən sonra cəsədini kənd ərazisində sürüyüblər.

Kürd cərəyanlarına bağlı kanallar videodakı səsləri silərək dilsiz heyvanı öldürənlərin kimliyini gizlətməyə çalışıblar. Lakin bəzi videolarda vəhşi əməl törədənlərin səsi eşidilir.

Təəssüflər olsun ki, bəzi kütləvi informasiya vasitələri, o cümlədən BBC, İran İnternational, Radio Farda, Deutsche Welle, Radio Zamaneh, IranWire, Tavana və s. kürdlərlə bağlı xəbərləri koordinasiya edilmiş bir şəkildə senzura edirlər.

Məsələyə münasibət bildirən Urmiya Şəhər İcra Hakimiyyətinin başçısı heyvanı öldürənlərdən birinin saxlanılması barədə qərar verildiyini bildirərək onunla birlikdə olanların da saxlanılacağını qeyd edib.

 

Gunaz.tv

ƏVVƏLKİ XƏBƏR

Ronaldu maaşının azaldılmasına razılaşdı

SONRAKI XƏBƏR

ÜST koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı