“Bankdan  hesabımıza 245 milyon... köçürülməsə,  qan töküləcək...”

“Bankdan  hesabımıza 245 milyon... köçürülməsə,  qan töküləcək...”

Ermənistanda bəzi banklara bu cür təhdidlər edildi...

İşğalçı ölkədə bəzi banklara müəyyən məbləğ köçürmək tələbi ilə təhdid məktubları daxil olub.

Moderator.az xəbər verir ki, bu haqda "Johovurd" qəzeti öz mənbələrinə istinadla yazıb.

Məlumata görə, fevralın 17-də təhdidə məruz qalan banklardan biri - "Ardşinbank" cinayət barədə Milli Təhlükəsizlik Xidmətinə müraciət edib. Müraciətdə bildirilir ki, 12 fevralda hansısa “Ali Mussan” adlı birisi bankın rəsmi elektron poçtuna məktub göndərib. Bəs məktubda nə yazılıb? Qəzetin yazdığına görə, özünü “Qafqazın Birləşmiş Vilayəti” adından tanıtdıran Ali Mussan bankın filiallarından birini yaxın günlərdə göstərilən hesaba 245 milyon 533 min 490 dram məbləğində pul köçürməsi ilə hədələyib. Əks halda banka kamikadze intiharçı göndərəlicəyi, qan töküləcəyi, sonra isə rəhbər və əməkdaşların uşaqlarının təqib ediləcəyi bildirilib.

Erməni nəşri bəhs edilən məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə dəqiqləşdirməyə çalışıb. Qurumdan yalnız deyilən informasiyanı təsdiqləməklə və cinayət işinin daha da ətraflı araşdırılması üçün İstintaq Komitəsinə göndərildiyini qeyd etməklə kifayətləniblər.

Sultan Laçın

Mənbə: moderator.az