ÜST-dən müraciət: "Ölümlər gənclərdə də müşahidə olunur"

ÜST-dən müraciət: "Ölümlər gənclərdə də müşahidə olunur"

"Koronavirus infeksiyası hər yaşda olan insanlar üçün təhlükəlidir. Ölümlər gənclərdə də müşahidə olunur".

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuynoviç deyib. O, təəssüf hissi ilə bildirib ki, koronavirus gənclərə də yoluxur və ölümə yol açır.

Onun sözlərinə görə, gənclər daha az xəstələnirlər, amma hər kəs özünü qorumalıdır. M.Vuynoviç deyib ki, Fransada 20 yaşdan kiçik 12 gənc koronavirus ilə reanimasiyadadır.

Mənbə: news24.az