Göyçay parklarında skamyaları “bağladılar” – Foto

Göyçay parklarında skamyaları “bağladılar” – Foto

Göyçay şəhərində koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir addım atılıb.

Axar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimini sərtləşdirməsi qərarı ilə əlaqədar insanların parklarda toplaşmasının qarşısını almaq üçün Göyçayın Heydər Əliyev parkında oturacaqlar (skamyalar) götürülüb.

Daşına bilməyən oturacaqlara isə xüsusi xəbərdarlıq lenti ilə qadağa tətbiq olunub. Lakin buna baxmayaraq, lenti qıraraq oturacaqlara əyləşənlər də tapılır.

Qeyd edək ki, Bakıda da paklarda skamyalar götürülüb və yaxud tərsinə çevirilib.

Mənbə: axar.az