Koronavirus xəstəxanasını partlatmaq istədi

Koronavirus xəstəxanasını partlatmaq istədi

ABŞ-da koronavirus pandemiyasına yoluxmuş xəstələrinin olduğu xəstəxanada terror aktı törətmək istəyən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, həmin terrorçunun axtarışdan olan Timosi Vilson olduğu müəyyənləşib. ABŞ polisinin Belton şəhərində apardığı əməliyyat çərçivəsində terrorçu silahla vurulub. O, xəstəxanada ölüb.

Qeyd edək ki, 36 yaşlı terrorçu bomba ilə dolu olan avtomobil ilə Kanzas şəhərindəki pandemiya xəstələrinin olduğu xəstəxananı partlatmağı planlaşdırıb.

Mənbə: axar.az