Almaniya Hərbi Hava Qüvvələri ağır korona xəstələrini İtaliyadan Almaniyaya daşımağa başladı

Almaniya Hərbi Hava Qüvvələri ağır korona xəstələrini İtaliyadan Almaniyaya daşımağa başladı

Almaniya Hərbi Hava Qüvvələri İtaliyanın istəyi ilə koronavirus xəstələrini müalicə almaq üçün Almaniyaya daşımağa başlayıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, əsgərlər koronavirus xəstələrini İtaliyanın Bergamo şəhərindən götürərək Almaniyaya aparır.

Airbus 310 August Euler ambulans təyyarəsi ilə Köln-Bonn hərbi hava limanına enən xəstələr Boxum və Bonndakı xəstəxanalara yerləşdirilir.

İtaliyada reanimasiya şöbələrində kifayət qədər çarpayı və süni nəfəs aparatı olmadığından bir çox xəstəni həkimlər müayinə edə bilmir ki, bu da ölənlərin sayının artmasına səbəb olur. Bütün bunlardan sonra İtaliya vəziyyəti ağır olan xəstələrin müalicəsi üçün Almaniyadan kömək istəyib. Bu istəyə cavab olaraq, xəstələrin Almaniyaya köçürülməsinə başlanıb.

Mənbə: www.baki-xeber.com