“Bu adamlar demək olar ki, koronavirusa yoluxmur” – Ukraynanın Təhlükəsizlik katibi

“Bu adamlar demək olar ki, koronavirusa yoluxmur” – Ukraynanın Təhlükəsizlik katibi

Ukrayna Milli Təhlükəsizlik Sovetinin məlumatlarına görə, bu ölkədə koronavirusdan ölənlərin 90%-i yaşlı insanlardır.
Medicina.az xəbər verir ki, qurumun katibi Aleksey Danilov bəyan edib ki, qızılca peyvəndi almış vətəndaşar koronavirusa demək olar ki, yoluxmurlar.
“Virusdan ölənlər 70 yaş üzəri, daha çox 80-85 yaşlı insanlardır. Bir məqam da var. Qızılca peyvəndi vurulmuş insanlar demək olar ki, virusa yaxalanmayıb. Bizim əlimizdə 90 min nəfər koronavirusa yoluxmuş xəstənin məlumat bazası olduqda, alimlər də həmin adamların kim və necə olduqlarını yaxşı anlayır və müqayisəli təhlil edir. Bir müşahidə də onu göstərib ki, qızılca peyvəndi olunmuş şəxslərdən sanki virus yan keçir”.

 

Mənbə: www.medicina.az