Nyu-Yorkda koronavirusdan ölümün dəhşətli statistikası açıqlandı

Nyu-Yorkda koronavirusdan ölümün dəhşətli statistikası açıqlandı

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 105 min 573 nəfər koronavirusa yoluxub, 1711 nəfər ölüb, 895 nəfər isə sağalıb.

BAKI, 28 mart - Sputnik. Son iki gün ərzində Nyu-Yorkda hər 17 dəqiqədən bir koronavirusdan kimsə ölür. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə New York Post xəbər verir.

Ümumilikdə şəhərdə 450 nəfər bu virusdan ölüb.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 105 min 573 nəfər koronavirusa yoluxub, 1711 nəfər ölüb, 895 nəfər isə sağalıb.

Dünya üzrə 622 min 450 nəfər koronavirusa yoluxub, 28 794 nəfər ölüb, 135 779 nəfər isə sağalıb.

Mənbə: sputnik.az