Bakıda 2 avtomobil toqquşub — 3 nəfər xəsarət alıb

Bakıda 2 avtomobil toqquşub  — 3 nəfər xəsarət alıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində "Kia" markalı avtomobil ilə "Mazda" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ölkə.Az

Mənbə: olke.az