İranda 32 mindən çox insan... - Ordu mübarizəyə qoşuldu

İranda 32 mindən çox insan... - Ordu mübarizəyə qoşuldu

İran ordusu Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində paytaxt Tehrandakı Milli Konqres Mərkəzini 2 min xəstənin yerləşdiriləcəyi xəstəxanaya çevirib.

Teleqraf.com xəbər verir ki, İranda koronavirus epidemiyasının təsbit edildiyi 19 fevraldan bu yana xəstəxanalarda müalicə alan 11133 nəfər yaxşılaşaraq evə buraxılıb.

Hazırda İran Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə, ölkədə koronavirus epidemiyasına yoluxan şəxslərin sayı 32 mindən çoxdur.

İran Səhiyyə Nazirliyi Covid-19 səbəbindən vəfat edənlərin ortalama yaşının 67, xəstəliyə tutulanların ortalama yaş həddinin 54 olduğunu bildirir. İranda epidemiyaya yoluxanların ölüm faizi 7,3-dir.

İndiyə qədər epidemiyadan 2378 nəfər ölüb.

Mənbə: teleqraf.com