Koronadan ölən burada basdırıldı - Foto

Koronadan ölən burada basdırıldı - Foto

Əfqanıstanda yeni tip koronavirus (COVİD-19) pandemiyasından 4 nəfər həyatını itirib.

Axar.az xəbər verir ki, ölənlərdən birinin Herat şəhərində dağ başında dəfn edilməsi ilə bağlı görüntülər ortaya çıxıb. Fotoda ağ qoruyucu geyimli şəxslərin tabutu gətirdiyi və cəsədin ekskavator tərəfindən qazılan məzara atıldığı görünür. Məzarın üstü torpaqla örtüldükdən sonra mərhumun yaxınlarına yaxınlaşmağa icazə verilib.

Qeyd edək ki, Əfqanıstanda ümumilikdə 110 nəfər pandemiyaya yoluxub. Bunlar arasında 4 NATO əsgəri və 2 xarici diplomat var.

Mənbə: axar.az