Bakıda sürücülər arasında dava düşüb, bıçaqlanan var

Bakının Nəsimi rayonunda gənc oğlan taksi sürücüsü tərəfindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında baş verib.

Taksi sürücüsü kimi fəaliyyət göstərən 1991-ci il təvəllüdlü Abdullayev Nahid Vahid oğlu eyni ərazidə taksi fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxslə mübahisə edib.

Mübahisə zəminində Elçin bıçaqla N.Abdullayevin bədəninə bir neçə bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.Abdullayevin vəziyyəti ağırdır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

"Dad və iy bilmə qabiliyyətimi itirmişəm"

SONRAKI XƏBƏR

Bakıda 18 metrlik sərnişin avtobusları istismara buraxıla bilər - VİDEO