Kriminal avtoritet Almaz Süleymanov öldürüldü - Film kimi qisas - FOTO

Kriminal avtoritet Almaz Süleymanov öldürüldü - Film kimi qisas - FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstanıda Limonti ləqəbi ilə tanınan kriminal avtoritet Almaz Süleymanov öldürülüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, cinayət polis idarəsinin binası yaxınlığında törədilib.

Qətli törədən şəxs əvvəlcə öz maşınını Süleymanovun avtomobilinə çırpıb. Sonra kabinədən çıxaraq onu bir neçə dəfə bıçaqlayıb.

Qatil cəsədi maşında qoyaraq polisə gəlib və könüllü surətdə təslim olub. Avtoriteti öldürən şəxsin kimliyi müəyyənləşib. O, 1998-ci ildə qətlə yetirilən İmaş Şamiyevin oğlu Talqat Şamiyevdir. A.Süleymanov onun atasının ölümündə birbaşa iştirak edib. Ona görə də qətl qisas xarakteri daşıyır.

Qeyd edək ki, Almaz Süleymanov ölkənin ən nüfuzlu kriminal avtoritetlərindən biri hesab olunan Kamçibek Kolbayevin tərəfdarıdır.

Almaz geyimlərini 1990-cı illərdə daha çox məşhur olan Lemonti mağazasından aldığı üçün ona belə bir ləqəb verilmişdi.

Yeri gəlmişkən, 1990-cı illərin sonlarında onun iştirakı ilə iki yerli sakin – İmaş Şamiyev və Şadıbek Absalıyev işgəncəyə məruz qalaraq güllələnib.

Süleymanova bu cinayətinə görə edam cəzası verilsə də, hökm icra edilməyib. Çünki həmin illərdə ölüm cəzasına moratorium qoyulub. Buna görə də edam cəzası 30 il həbslə əvəz edilib və o, 2008-ci ildə xəstəlik səbəbi ilə həbsdən azad olunub.

KONKRET.az

Mənbə: konkret.az