Türkiyədə koronavirusdan ölənlərin sayı yüzü ötüb

Ankara, 28 mart, AZƏRTAC

Türkiyədə Yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 108 nəfərə çatıb. Onların 16-sı martın 28-də vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, bu gün ümumilikdə 7 min 641 nəfər üzərində müayinə aparılıb. Onlardan 1704 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 7 min 402 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 445 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 28-dən etibarən Türkiyədə COVID-19 ilə mübarizə tədbiləri daha da sərtləşdirilib. Ölkə üzrə şəhərlərarası və yaşayış məskənləri daxilindəki nəqliyyatın hərəkəti 80 faiz məhdudlaşdırılıb. Ölkə əhalisindən rəsmi və ictimai qaydalarla “Evdə qal!” çağırışına əməl etmək tələb olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda koronavirus xəstəsinin öldüyü xəstəxanadan VİDEOREPORTAJ

SONRAKI XƏBƏR

"İnsanlar komputerini harasına taxıb işlətsin ki, sayğacı az yazsın?!" - İqtisadçıdan deputata CAVAB