Avropa ölkəsində şok: 4 türkün cəsədi tapıldı

Avropa ölkəsində şok: 4 türkün cəsədi tapıldı

Niderlandın Breda şəhərində 4 Türkiyə vətəndaşının cəsədi tapılıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Niderland polisi şəhərin Etten-Leur qəsəbəsindəki evdə bir yaşlı qadın, gəlini və iki nəvəsinin cəsədinin tapıldığını bildirib.

Niderland polisi hadisənin cinayət olduğundan şübhələnir və hazırda istintaq işinin aparıldığını bəyan edib.

Mənbə: axar.az