Fransada koronavirus kilsədən yayılıb - TİBB BACISI 250 HƏMKARINI YOLUXDURDU

Fransada koronavirusun 2 min nəfərin iştirak etdiyi kilsədən yayıldığı məlum olub.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, 17-21 fevral tarixləri arasında Mulhausdakı Evangelist Kilsəsində təşkil edilən mərasimlərə qatılan ən azı min insanda koronavirus aşkarlanıb.

Səhiyyə rəsmiləri, mərasimdə iştirak edən və Strasburq Xəstəxanasında çalışan bir tibb bacısının virusu 250 sağlamlıq işçisinə ötürdüyünü bildirilib.

Bu ayinlərdə iştirak edən insanların virusu Paris, Orlean, Besançon, Belfort, Dijon, Macon, Agen, Briançon şəhərlərinə apardıqları vurğulanıb.

Məlumata görə, Korsikadan gələrək mərasimlərə qatılan 3 nəfərdə adaya qayıtdıqdan sonra virus aşkarlanıb. 9 martda tarixində isə Korsikada yoluxma hadisələrinin sayının 33-ə yüksəldiyi bildirilib.

News24.az

ƏVVƏLKİ XƏBƏR

Həbibin ABŞ döyüşü LƏĞV OLDU

SONRAKI XƏBƏR

Nazir koronavirusa yoluxan polislərin SAYINI AÇIQLADI - VİDEO