Tovuzda qəza: xəsarət alanlar var

Tovuz rayonunun Qovlar şəhəri ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Axar.az-ın Report-a istinadla məlumatına görə, "Niva" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər - 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda onlayn sınaq imtahanları pulsuz olacaq? - SİYAHI

SONRAKI XƏBƏR

Banklar AMB-nin bir gün içində təşkil etdiyi hərracda 200 mln. vəsait yerləşdirdilər