Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı durmadan artır.

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-a olan məlumata əsasən bu günə qədər 710,905 nəfərdə virus aşkarlanıb. Onıardan 33,552 nəfəri həyatını itirib, 150,734 nəfər isə sağalıb. Hazırda 499,916 xəstənin müalicəsi davam edir.

Təkcə bu gün 47,823 nəfərdə COVİD-19 aşkarlanıb, 2,696 nəfər isə vəfat edib.

Pandemiyadan ən çox əziyyət çəkən ölkələr isə ABŞ, İtaliya, Çin, İspaniya, Almaniya, Fransa, İran, Böyük Britaniya, İsveçrə, Niderland, Belçika, Cənubi Koreya və Türkiyədir.

Bu günə qədər virusdan ən çox ölüm İtaliyada qeydə alınıb - 10,779. İspaniyada 6,606, Çində 3,300, İranda 2,640, Fransada 2,606, ABŞ-da 2,384, Böyük Britaniyada isə 1,228 nəfər həyatını itirib.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Futbolçuların maaşları azaldıldı - Yuve 90 milyon avro irəli düşəcək

SONRAKI XƏBƏR

Koronavirusa qarşı ehtiyat tədbirləri - Məhəllələr və yaşayış binaları dezinfeksiya olunur