Bakı sakinini elektrik cərəyanı vurub

Bakı sakinini elektrik cərəyanı vurub

Bakının Nizami rayonunda bədbəxt hadisə zamanı 22 yaşlı oğlan ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

1998-ci il təvəllüdlü Rzayev Məmməd Akif oğlu evdə iş görən zamanı onu elektrik cərəyanı vurub. M.Rzayev 1 saylı Xəstəxananın Reanimasjya şöbəsinə yerləşdirilib.

Mənbə: apa.az