Ukraynada virusdan ölənlərin sayı artdı

Ukraynada koronavirusa yoluxanların sayı 418-dən 475-ə yüksəlib, infeksiya qurbanlarının sayı 10-a çatıb, 6 nəfər sağalıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, Ukraynada son 12 saat ərzində 57 yeni yoluxma, 1 yeni ölüm faktı təsdiqini tapıb.

Daha əvvəl 9 nəfərin öldüyü, 5 nəfərin sağalması barədə xəbər verilirdi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Bütün dünyada indiyədək 634 mindən çox yoluxma, 30 minə yaxın ölüm faktı təsdiqini tapıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Meqan Marklla şahzadə Harri Kanadanı tərk etdi

SONRAKI XƏBƏR

"Finalların azarkeşsiz oynanmasını istəmirəm" - Çeferin