Koronavirusa yoluxan qadın XƏSTƏXANADAN QAÇDI

Koronavirusa yoluxan qadın XƏSTƏXANADAN QAÇDI

Koronavirusa yoluxan qadın xəstəxanadan qaçıb.
News24.az RİA-ya istinadən xəbər verir ki, hadisə Moskvada yaşanıb. Kommunarka qəsəbəsində yerləşən xəstəxanadan qaçmağı bacaran qadın evə yollanıb. O, bu zaman ərzində 3 nəfərlə ünsiyyətdə olub.
Saxlanılan qadının yaşadığı bina dezinfeksiya edilib və qonşularına koronavirusa görə testdən keçməli olduqları bildirilib.

Mənbə: news24.az